Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Məhəmməd Nejad Fəşafuyə zindanından girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin yaxaladığı azərbaycanlı öyrənci 500 milyon tümənlik vəsiqə girov qoymaqla məhkəməyə qədər zaminə buraxılıb.

Şərif Universitetinin Hava-fəza öyrəncisi olan Məhəmməd Nejad Tehranın Fəşafuyə zindanından sərbəst buraxılıb.

Hələlik fəalın nədə ittiham edildiyi barədə məlumat verilmir.

Qeyd edək ki, Məhəmməd Nejad Güney Azərbaycanın Miyana bölgəsindəndir və təxminən bir həftə öncə yaxalanıb və Fəşafuyə zindanına köçürülmüşdü.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …