Bazar , Oktyabr 18 2026
azfa

Məhkəmə Baycan adlı azərbaycanlı körpəyə doğum şəhadətnaməsi verilməsinə qərar verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı valideynin mübarizəsindən sonra Təbrizdə Məhkəmə Baycan adlı azərbaycanlı körpəyə doğum şəhadətnaməsi verilməsinə qərar verib.

Məhkəmə qərarı ilə rejimin Şərqi Azərbaycan əyalətindəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsindən Baycan adlı azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə verilməsi tələb edilib.

Qeyd edək ki, azərbaycanlı şair və fəalı Baycanın atası Ramin Cəbraili rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi tərəfindən övladına doğum haqqında şəhadətnamə verilməməsi halı ilə qarşılaşmışdı.

Təxminən 2 ay davam edən hüquqi çəkişmələrdən sonra məhkəmə prosesi zamanı azərbaycanlı ailə Təbriz Ümumi-Hüquqi Məhkəməsinin hökmü ilə Şərqi Azərbaycanda rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsini övladlarına doğum haqqında şəhadətnamə verməyə məcbur edə biliblər.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …