Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzaiyə hələ də məzuniyyətdən məhrumdurlar

GADTB: Azərbaycan Milli Hərəkatının məhbus fəalları Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzai hələ də Evin zindanında məzuniyyətdən məhrumdurlar və rejimin ETTELAAT qurumlarının müdaxiləsi ilə şərti azadlığa buraxılma və məzuniyyət imkanı əldə edə bilmirlər.

Mahmud Ocaqlu, təxminən 17 aylıq həbsindən sonra hələ də Evin həbsxanasının 4-cü palatasında məzuniyyətdən məhrumdur və son həftələrdə ETTELAAT qüvvələri tərəfindən iş qaldıracağı ilə hədələnib.

Fəal barədə açılmış iş üzrə apellyasiya baxışı zamanı ona iştirak edib özünü müdafiə haqqı verilmdən 11 ilədək həbsə və digər əlavə cəzalara məhkum olunub.

Azərbaycanlı fəal Əli Rəzeyzadə Nadarlı 1 illik həbs müddətini həmin həbsxananın 8-ci bölməsində çəkməkdədir.  

Digər azərbaycanlı fəal Əsğər Fərəci də həmin böllmədə 5 illik həbs müddətini çəkməkdədir.

O, həbs müddətinin üçdə bir hissəsini çəkib. Lakin məzuniyyət hüququ ilə təmin olunmayıb. Fərəci bel nahiyəsində xəstəlikdən əziyyət çəkir.

Ailəsi dəfələrlər müraciət edib müalicə mərkəzlərinə göndərilməsini xahiş ediblər. Lakin onların istəyi təmin olunmayıb.

Həmçinin Evin Həbsxanasında 6 illik məhkumluq müdətini çəkməkdə olan Əli Rzai Havastan ancaq atası rəhəmtə gedəndən sonra 5 günlük məzuniyyətlə təmin olunub.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …

Azərbaycan fəal Əsgər Fərəcinin Evin zindanında son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında cəza çəkən azərbaycanlı fəal Əsgər Fərəci …