Şənbə , İyul 20 2024
azfa

Makıda əhali kürd terrorçuların türkləri öldürməsinə etiraz-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, kürd terrorçuların və qaçaqmalçıları Güney Azərbaycanın Makı şəhərinin Avacıq bölgəsinin Nado kəndinə hücum ediblər.

Terrorçu və silahlı kürdlər yerli azərbaycanlıların yaylaq sahələrini mənimsəmək məqsədilə Azərbaycan türklərinə hücum edib, atəş açaraq 3 nəfəri öldürüblər.

İran rejiminin himayəsi ilə törədilən bu terror hadisədən sonra yerli azərbaycanlıların etiraz aksiyalarının genişlənməsindən qorxuya düşən rejim Makının İran məclisindəki deputatı Məhəmməd Əlipur Rəhmətini bir qrup təhlükəsizlik və polis qüvvələri ilə birlikdə hadisə yerinə göndərib.

Qardaşı öldürülən Nado kəndinin xanımlarından biri millət vəkili və onu müşayiət edən rejimin məmurlarına xitabən deyib: “Qanun və hakimiyyət bizi deyil, silahlı kürdləri dəstəkləyir. Bu belə davam edərsə kəfən geyinib və əhali ilə birgə bölgədə terrorçuluqla məşğul olan qruplara qarşı savaşacağam. Elə etməyin ki, ölü sayı 3-dən 10-a, 20-yə çatsın. Bu günə kimi harada idiniz, niyə xalqın təhlükəsizliyini təmin etmirsiniz. Onlar PEJAK-ın adamlarıdılar”.

Azərbaycanlı xanım rejimin bu terror və hücum hadisəsini iki tərəf arasında qarşıdurma kimi təqdim etməsinə etiraz edərək deyib: “Buna qarşıdurma deyirsiniz. Bunun harası qarşıdurmadır? Kürdlər bizim torpaqlarımızı zəbt etmək üçün silahlı hücum ediblər. Bizim silahımız olmadığı halda bu necə qarşılıqlı toqquşma adlandırıla bilər?”.

Başqa kəndli isə hökumət nümayəndələri və millət vəkilinə yerli əhalini məhv etmək planının olduğunu söyləyib:”Bizi məhv etmək istəyirlər. Bura türklərin tarixi torpağıdır. Silahla bizim torpaqlarımıza soxulub və türklərin qanının tökürlər”.

Həmçinin yoxlayın

“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı …

​​ Azərbaycanlı fəalı İrəc Şirzad həbs edilərək zindana salınıb

GADTB: Ərdəbildə Güney Azərbaycan Milli Hərəkatının fəalı İrəc Şirzad həbs edilərək siyasi təqiblərin qurbanına çevrilib. …