Çərşənbə axşamı , İyul 15 2025
azfa

Marağada molla rejimi azərbaycanlı körpəyə məcburi ad seçimi edib

GADTB: Marağada molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları azərbaycanlı körpəyə doğum şəhadətnaməsində seçilən adı səhv yazıb.

İdarənin əməkdaşları yeni dünyaya gəlmiş uşağın adını Arkan deyil, Aykan kimi qeydiyyata alıblar. Bununla bağlı azyaşlının atası Baqir Abbaspur “Balamın Adı” kampaniyasına məlumat verib.

O deyib: “Oğlumuz iyunun 2-də doğulub və biz onun üçün Arkan adını seçdik. Arkan türkcə təmiz təbiətli, saf düşüncəli deməkdir. İdarənin əməkdaşları bizə bildirdilər ki, bu ad sistemdə yoxdur, ancaq biz bu ada daha öncə də doğum haqqında şəhadətnamə verildiyini dedik. Yoldaşım və qohumlardan biri şəhadətnaməni götürməyə getdikdə Qeydiyyat İdarəsinin rəsmiləri Arkan adının Aykana bənzədiyini əsas gətirərək, bizi şəhadətnaməni götürməyə məcbur etdilər”.

Həmçinin yoxlayın

Tramp Zelenskiyə Moskvanı vurmağı təklif edib

GADTB: ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə Moskvanı vurmağı təklif edib. Bu barədə …

Azərbaycanlı yazıçı və rejissor Əli Qıbçaqşahinin vəsiqə qarşılığında zaminə buraxılıb

GADTB: Qərbi Azərbaycanın Sulduz (Nəqəde) şəhər sakini, azərbaycanlı yazıçı və teatr rejissoru Əli Qıbçaqşahi vəsiqə …