Cümə axşamı , Aprel 18 2024
azfa

Marağada tarixi abidələr baxımsızlıq üzündən dağılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Marağa şəhərində yerləşən 900 illik tarixi abidənin qorunub saxlanılması üçün heç bir tədbir görülmədiyi və binanın hər an ciddi xəsarət ala biləcəyi bildirilir.

Tikilinin 1148-ci ilində qırmızımtıl bişmiş kərpicdən inşa edilməsi üzündən Qırmızı Günbəz adlanan bu möhtəşəm tarixi binanın hal-hazırda qapısının qırıldığı barədə mətbuatda məlumat yayılıb.

Tasnim xəbər agentliyi tarixi abidənin pis durum düşməsinin Marağa bələdiyyəsi və Mədəni İrs İdarəsinin arasındakı ixtilafdan qaynaqlandığını yazıb.

Böyük Səlcuq İmperiyasının dövrünə aid olan və Azərbaycan memarlığının bənzərsiz nümunəsi olan Qırmızı Günbəz türbəsi narkomanların toplaşdığı bir məkana çevrilərək, acınacaqlı durumda olduğu bildirilir. Xəbərlərə görə, tikilinin ətrafında və içində narkotik maddə istifadəçilərinin toplaşması və od yandırması tarixi abidənin xəsarət almasıına səbəb olub. Həmçinin türbə düzgün şəkildə mühafizə edilmədiyi üçün bəzi yerlərinin nəm çəkməsi nəticəsində binanın gələcəkdə ciddi xəsarət alacağı ehtimalını çoxaldır.

Qırmızı Günbəz türbəsi təxminən 900 il əvvəl kərpic və kaşı ilə inşa edilmiş, hündürlüyü 8 metr, iki mərtəbəli, dördbucaqlı bir binadır və daşdan bünövrənin üzərində ucaldılmış sərdabə və əsas otaqdan ibarətdir.

Marağa şəhərində Göy Günbəz türbəsi 1194-cü ildə inşa edilmiş Səlcuq dövrünə aid digər memarlıq əsəri də mövcuddur. Marağa Səlcuq və Elxanilər dövrünə aid 4 qülləsi və tarixi günbəzləri ilə məşhurdur.

Qırmızı Günbəz türbəsi Azərbaycan hakimi Əbüləziz Mahmud oğlunun əmri ilə, memar Bəkir Məhəmməd oğlu tərəfindən inşa edilmişdir.

Elxanilər dövlətinin qurucusu Hülaku Xanın əmri ilə 1259-cu ildə teleskopun ixtirasından öncə inşa edilmiş olan Marağa rəsədxanasının durumunun da yaxşı olmadığı bildirilir. Sosial mediada yayımlan bir sıra videolarda rəsədxanaya nəzarət edilmədiyi müşahidə edilir.

Həmçinin yoxlayın

Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin quru olduğunu göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin …

Sayın Mikayil bəy Oyta SEPAH terror təşkilatı ilə bağlı Avstralıyanın xarici işlər naziri Penny Vonga məktubla müraciət edib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …