Cümə , Aprel 19 2024
azfa

Melik-Abasov, Albanyan, Aranyan, Barseqyan adlarinin mənşəyi

GADTB: Melik-Abasyan. Bu erməni soyadının kökündə türkmənşəli Abas şəxs adı dayanır. Abas şəxs adının ərəb mənşəli Abbas şəxs adı ilə heç bir qohumluq əlaqəsi yoxdur. Abas şəxs adının türk dillərində abıs, apas, abız, avaz formaları məlumdur. Mənası savadlı, bilikli deməkdir. Tatarlarda, qaraqalpaqlarda, peçeneq və başqırdlarda Avaz, Apaz, Abas şəxs adları ilə müqayisə etmək olar.

1836-cı ildə Alban kilsəsinin müstəqilliyi Rusiya tərəfindən rəsmi ləğv edilərək Eçmiədzin katolik kilsəsinin tabeçiliyinə verildi, albanların bir hissəsi öz xristian dinindən imtina etməyərək tədricən erməniləşdilər, bir hissəsi isə islam

dinini qəbul edərək öz milli mənsubiyyətlərini türklüklərini

qoruyub saxladılar.

Erməniləşdirilən həmin albanlarda nəslin ruhani mənsubiyyətini bildirmək üçün onların soyadlarının önünə “Ter”

prefiksi (məsələn, Ter-Qriqoryan, Ter-Petrosyan və s.) artırılırdısa və bu da, əsasən, “keşiş ata” anlamına gəlirdisə (yeri gəlmişkən, ermənilər keşişə “terter” deyirlər), alban mənşəli ermənilərin digər bir hissəsinin isə soyadının əvvəlinə, əsasən, zadəgan titulu olan məlik (erməni əlifbasında “ə” səsi olmadığı üçün “melik” şəklində) prefiksi (sözün əvvəlində gəlib, onun leksik və ya qrammatik mənasını dəyişən morfem) əlavə olunur. Bu soyadın əsasən Zəngəzur-Qarabağ mənşəli insan-

ların soyadında geniş yayılması da onun alban xristian türklərinə məxsus olmasını təsdiq edir. Yeri gəlmişkən, sonralar

bir hissəsi islamı qəbul edən həmin xristian alban türkləri soyadlarında məlik titulunu saxlamaqda davam etdilər, məsələn, Məlik-Abasov, Məlik-Yeqanov, Məlik-Ağalarov, Məlik-Aslanov, Məlik-Paşayev, Məlik-Kərəmov və.s

Eramızın 551-595-ci illərində Alban katolikosu olmuş Abas (Ter-Abas) həmin adın daşıyıcısıdır.

Moskva vilayətində tarix müəllimi işləyən Ruslan Kaçaxoviç Abasyan, 1982-ci ildə Qərbi Azərbaycanın Talın mahalının Siçanlı kəndində doğulmuş erməni müğənnisi Hacı Abasyan, Rusiyanın Samara vilayətində ingilis dili müəllimi

işləyən Qayane Surikovna Abasyan və b. bu soyadı daşıyırlar.

Albanyan.

Ə.Dəmirçizadə özünün “50 söz” kitabında Alban adının “al” və “ban” komponentlərindən ibarət olduğunu vurğulayır. O, yazır ki, “al” sözü qədim Ural-Altay, Haldey (aysoru), Urartu və bir sıra Qafqaz dillərində “yüksək”, “yuxarı”, “şimal”, daha əvvəllər isə “yüksək yer”, “dağ” mənalarında işlədilmişdir. Qəbələ rayonun Nic kəndində yaşayan udinlər (albanların qalıqları) indi də “yuxarı” mənasında “ala” sözünü islədirlər.

“Ban” komponentinə “Dədə Qorqud” dastanlarında da rast gəlirik. Alban sözü qırğızlarda “olpo”, altay, türkmən,

türk, xakas və yakut dillərində “alban”, uyğur və tuva dialektlərində “alvan” kimi işlədilir. Alban sözü ilə Quba rayonu

ərazisində yerləşən Alpan kəndinin adı ekvivalentdir. Ermənilər Alban sözünü Ağvan kimi tərcümə etmişlər.

E. Sevortyan “alban” sözünün monqol mənşəli olduğunu iddia edir. Lakin bunun heç bir elmi əsası yoxdur. Çünki “alban” sözü monqolca “məcburiyyət”, “rəsmi vəzifə” və ya “xidmət”, “vergi”, “töycü”, “yasaq”//“qoruq” və ya “qadağa” mənaları daşıyır və bu, Ə.Dəmirçizadənin araşdırmalarına tamamilə ziddir.

Bu soyad Sanvel Albanyan, Zarema Albanyan və b. kimi ermənilərin soyadında qeydə alınmışdır.

Aranyan.

Hər iki erməni soyadı Azərbaycan dilindəki türkmənşəli aran sözündən yaranmış Aran şəxs adından düzəldilmişdir.

Aran həm də qədim Alban dövlətinin əfsanəvi banisinin adıdır ki, Azərbaycan ərazisində uzun müddət mövcud olmuş Aran(Arran) dövləti məhz onun adını daşımış (qədimdə ölkələr hökmdarın adı ilə adlandırılırdı), sonralar da bu ərazinin türkmənşəli əhalisi məhz arran-aran adlanmış, arran//aran etnosu kimi tarixə düşmüşdür.

Aran etnosunun adını erməni tarixçisi Musa Xorenli dəqeyd etmişdir. O yazır ki, “aran” etnosu onlardan sonra gələn

albanların əcdadları olmuşlar. Deməli, Aran//Aron şəxs adı albanlarda geniş yayılmışdı və albanların 1836-cı ildə erməniləşdiriməsindən sonra həmin şəxslərin törəmələri Aranyan//Aronyan soyadını qəbul etmişlər.

Orta hind dilində Albaniyanın adı Arran, parfiyalılarda isə Ardan formasında işlənmişdir. Albanlardan başqa, aran et-

nosundan uti, girdiman, savdey və qarqar tayfaları törəmişlər.

Beləliklə, Aronyan soyadı Aran etnonimində qalın a saitinin “o” fonemi ilə əvəzlənməsi nəticəsində həm də “Aron” formasına düşmüş və ondan qeyd edilən erməni soyadı düzəldilmişdir.

2016-cı il Olimpiadasında ağırlıqqaldırma üzrə erməni idmançısı Qor Aranyan, erməni şahmatçısı, qrossmeyster Levon Qriqoryeviç Aronyan və b. bu soyadı daşıyırlar.

Barseqyan.

Bu erməni soyadı türkmənşəli Barsak sözündən düzəldilmişdir. Bars və an komponentlərindən ibarət olan bu şəxs

adının Krım tatarları və başqurdlarda “ak bars” və onun paraleli olan “akbar” qarşılığı var.

“Bars” isminin Bəbir və Babur paraleli də müxtəlif türk dillərində işlənir. Barsak, bizcə, öncə saklar, sonralar isə albanlarda tayfa və ya qəbilə birləşməsi olmuş, albanlar erməniləşdirilən zaman ad və soyad kimi işlədilmişdir. Azərbaycan ərazisində sak, qaşqay, arsak, varsak, basil və tapur türk tayfa

və qəbilə birləşmələrinin yaşadığını M.Seyidov da qeyd etmişdir. Bizcə, belə tayfalardan biri də barsak türk qəbiləsi

olmuşdur və ya “varsak” etnosunun adı v-b əvəzlənməsi ilə “barsak” şəklinə salınmışdır.

“Bars” sözünə Şəmkir rayonu ərazisindəki keçmiş Barsum kəndinin adında da rast gəlinir.

V. Banq “bars” sözünün türkmənşəli olduğunu L.Budaqovdan öncə qeyd etmişdir. O, “bars” sözünün iki isimdən

“bar” (qaraqaş və altay dillərində) və “üs” (yakut dilində), ondan isə “ü” saitinin düşməsi ilə “bars” sözündən düzəlməsini iddia edir.

E. Sevortyan qeyd edir ki, ən yaxşısı “bars” sözünü altay mənşəli bar//par sözləri ilə izah etməkdir. Deməli, E.Sevor

tyan da “bars” sözünün türkmənşəli olduğunu təsdiq edir.

Türkmən, türk, qaraim, qumıx, qırğız, tatar, uyğur dialektlərində bars, qazax, qaraqalpaq dillərində barıs, sarı uyğurlarda b-p əvəzlənməsi ilə parıs (mars, parsı), bares şəklində işlənir.

“Bars” sözü aşağıdakı mənalara malikdir:

1. Qaraim, uyğur və altay dialektlərində – “pələng”;

2. türkmən, qaraim, qırğız, qazax, qaraqalpaq, tatar, sarı uyğur və bəzi altay dialektlərində – “bars”;

3. Azərbaycan türkcəsində – “bəbir”, özbək və bəzi türk dillərində – “babur”;

4. qaraim, tarakay, Krım tatarlarının dilində ələ öyrədilmiş və ovda istifadə olunan heyvan, panteranın kiçik növü;

5. türk, qaraim, Krım tatarları və uyğur dialektlərində – “leopard”;

6. şərqi türklərdə – “vaşaq”;

7. qaraim və koybal dillərində – “şir”;

8. türk dillərində pələngə oxşayan yırtıcı heyvan;

9. yaquar;

10. xüsusi isim kimi şəxs adı;

11. tayfa və ya qəbilə adı.

Bars şəxs adına Salğur atabəyliyi zamanında Sır-Dərya boyundan qopan türkmən dalğasının başında duran Mənğu Barsın (1132-1158) soyadında rast gəlirik. Türkmənşəli rus soyadı Baburinlə müqayisə edilə bilər.

İbn Şəddadın Sultan Baybars haqqında yazdığı (1260-1277) “Baybars” tarixi əsərində də bars komponentə rast gəlinir. Sultan Baybars Misir sultanı, türk məmlüklərinin hökmdarı olmuşdur.

Lakin İspaniyadakı Barselona şəhərinin və eyni adlı futbol klubunun adındakı “bars” sözünün necə gedib oraya çıxması haqqında söz demək çətindir. Belə bir ehtimal var ki, bu sözHun hökmdarı Atıllanın Avropanı istila etməsilə bağlıdır.

Professorlar Yuri Qriqoryeviç Barseqov, Hayrapet Aleksanoviç Barseqyan, Levon Hrantoviç Barseqyan və b. bu soyadı daşıyırlar.

Əziz Ələkbərli,

Tarixçi – Alim və

Millət Vəkili.

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …