Cümə axşamı , Aprel 25 2024
azfa

Melik – Karamyan, Melikbekyan, Sumbatyan və Şirakyan adlarinin türk mənşəyi

GADTB: Karamyan : Bu erməni soyadı türk dillərində mərhəmət, lütf, lütfkar mənaları bildirən kərəm sözündən düzəlmiş Kərəm şəxs adından yaranmışdır. Əvvəllər ümumi isim olan kərəm sözü sonralar şəxs adı kimi işlənmişdir. Kərəm şəxs adı islamiyyətdən sonra türklərə, sonuncular vasitəsilə ermənilərə keçmiş, şəxs adındakı “ə” saitləri “a” ilə əvəz edilmişdir, çünki ermənilərdə “ə” saiti yoxdur.

Karamyan soyadını türk dillərində işlənən və geniş yayılmış Kərəm, Karam, Kerem və Kərəmov, Karamov, Keremov şəxs ad və soyadları ilə müqayisə etmək olar. Ermənilərdə erməniləşmiş türk albanlar arasında Melik- Karamov və Melik-Karamyan ikili soyadlarına da rast gəlinir. Məşhur “Əsli-Kərəm” dastanının qəhrəmanlarından biri məhz Kərəmdir.

Melikbekyan:

Bu erməni soyadı Azərbaycan dilində titul, mənsəb, rütbə bildirən ərəb mənşəli məlik//melik sözündən və yenə də titul, mənsəb, rütbə bildirən bəy//bek sözündən yaranmış Məlikbəy şəxs adından ə-e əvəzlənmələri ilə düzəldilmişdir.

Səfəvilər dövründə tarixi Albaniya ərazisində əhalisi xristian olan ərazilərdə kiçik dairələr – məlikliklər yaradılır və

bu məlikliklərin idarəsi məlik titulu verilən yerli xristian feodallara tapşırılırdı. Bu məliklərin səlahiyyətləri ağa və bəylərə

bərabər tutulur və xana tabe olurdular.

Sumbatyan:

Bu erməni soyadı türkmənşəli Sumbat şəxs adından düzəldilmişdir. Türkcə sum//sun – gözətçi, nəzarətçi, “bat” isə –

mətin, bahadır, bağatur, baqadur, igid mənaları bildirən sözdür.

Sumbat şəxs adı “sum” komponentini Sumqayıt və Ukraynanın Sumı şəhərlərinin adındakı “sum”-la müqayisə etmək olar. Bizcə, xəzərlərdə, peçeneqlərdə Sum adlı şəxs olmuşdur.

Sumbat şəxs adının Sunbat paraleli də var və m-n sonor samitlərin əvəzləməsi ilə düzəldilmişdir.

“Bat” komponentinə isə albanlarda Urbat, VI yüzildəOrta Asiyada Ağ hunlarda Qrunbat, türk bulqarlarda Kurbat, 755-ci ildə Xorasanda ərəblərə qarşı 70 gün üsyan etmiş türk oğlu Sunbad (d-t əvəzlənməsi), XII yüzildə Azərbaycanda

oğuz-səlcuq əmirlərindən Əbubəkr Bahəddin Sumbat şəxs adlarında rast gəlirik.

Səhl ibn Smbat (Sumbat, Sunbat) IX yüzilin birinci yarısında Aranda ərəblərdən asılı feodal Şəki hakimi idi. Şəki qalası və eyni adlı etnonim (sak//şak//zak//şök//şek// şək) Zəngəzur mahalındadır. Ərəblər tərəfindən Səhl kimi verilən şəxs adı sak etoniminin dəyişmiş, ərəbləşdirilmiş formasıdır. De-

məli, Səhl ibn Sumbat (Smbat, Sunbat) Sak oğlu, salınmış Şəki kəndi isə Sak oğlu Sumbatın tabeçiliyində olmuşdur. “Kita-

bi-Dədə Qorqud” eposundakı Şöklü Məlik məhz həmin Sak oğlu (Şəkli) Məlikdir.

Yadelli işğalçılara qarşı ölüm-dirim savaşında, ərəblərə  qarşı mübarizədə Babəkin müttəfiqi və silahdaşı olmuş Sak oğlu Sumbatın Babəkin son günlərində onu tutub ərəblərə təhvil verməsi artıq min ildən çoxdur ki, müzakirə mövzusudur.

Şirakyan və Çirakyan:

V yüzil erməni tarixçisi Musa Xorenli er. əv. II yüzildə şimaldan türk bulqarların Ermənistana gəlib Şirak əlayətində

məskunlaşdığını yazmışdır. O qeyd edir ki, I yüzildə ərmən Şirak oğlanlarından Quşarı Gəngər və Kolb əyalətlərinə hakim təiyn etmişdir.

Şirak oğlanları və adamları ilə Albaniyaya gəlmiş, Arpaçay çayının sahilindəki düzənlikdə məskunlaşmışlar. Hal-hazırda Qərbi Azərbaycandakı Şirak eli məhz türk bulqarın adını daşıyır. Bu antroponimə Gürcüstan ərazisindəki “Şirak düzü”-

nün adında da rast gəlirik. Orta çağlarda bu bölgə Şirak-el, yəni şirakların eli, yurdu, obası, vətəni adlanmışdır. Sonralar həmin toponim xalq dilində Şörəyel mahal adı kimi səslənmişdir. Fransa Respublikasının prezidenti Jak Şirak da, ola bilsin ki, bu etnosun törəmələrindəndir. Jak şəxs adı isə, sak etnosunun adını əks etdirir. Və Saklı Şirak anlamına gəlir.

VII yüzil erməni tarixçisi, çoğrafiyaçısı və filosofu kimi qələmə verilən Anani Şirakatsi(Şiraklı deməkdir) bulqar ta-

rixçisi olmuş, onun türk dilində yazdığı əsərlər qədim erməni dilinə (qrabara) tərcümə olunmuş, əsərlərinin əsli isə məhv edilmişdir. Şirakatsinin adı da türk mənşəlidir, çünki VI yüzilə (dəqiqi: er. əv. 525-ci ilə) aid olan şəxs adlarının sırasında Azarinin də adı var və bu ad türkmənşəli şəxs adıdır. Şirakların

bir hissəsi Naxçıvan tərəflərə gəlib çıxmışdır. Hazırda Naxçıvandakı Çıraqqala (Çiraqqala-Çirakkala-Şirakkala) adı bu etnosun adı ilə bağlıdır. Türk dillərinə xas olan ş-ç əvəzlənməsi

yolu ilə şirak-çiraq sözü düzəldilmişdir. Şirakların (çirakların) bir hissəi isə Albaniya ərazisindəki Qanıx və Qabırlı çaylarının arasındakı vadidə məskunlaşmışlar.

Ermənilər tərəfindən erməni tarixçisi kimi qələmə verilən Şirakatsi – türk bulqar oğlu həmin dövrdə Şirak elində yaşamışdır.

Türk bulqar Şirakın oğlu Quşarm adı da türk mənşəlidir.

Quş – qartal, alıcı quş, ər və igid mənaları daşıyır. Lakin ermənilər burada da tarixi saxtakarlığa yol verirlər. Belə ki, bir tə-

rəfdən ermənilərin Ararat torpaqlarına eranın IV yüzilində köçdüklərini yazırlar, o biri tərəfdən isə er. əv. II yüzildə Şi-

rakın Ermənistana gəldiyini qeyd edirlər. Bu isə ziddiyyətli bir sayıqlamadır.

Əziz Ələkbərli,

Tarixçi Alim və

Millət Vəkili.

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …