Şənbə , Aprel 19 2025
azfa

Millət vəkili: “Urmiya gölünü kənd təsərrüfatının inkişafı bəhanəsi və qeyri-peşəkar bəndlərlə məhv etdik”

GADTB: Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Şəhin Cahangiri ölkə prezidenti Məsud Pezeşkiana ünvanladığı mesajında Urmu gölünün vəziyyətinə etiraz edərək yazıb: “Urmiya gölünü kənd təsərrüfatının inkişafı bəhanəsi və qeyri-peşəkar bəndlərlə məhv etdik”.

Cahangiri  deyib: “Biz Urmu gölünü kənd təsərrüfatının inkişafı bəhanəsi və qeyri-peşəkar bəndlər inşa etməklə məhv etdik. Urmu gölü fəlakətindən hələ də heç bir ibrət dərsi almadıqsa, heç olmasa bu gün təbiətin, insanların səsinə qulaq asaq!”.

Şəhin Cahangiri məktubunda Urmiya gölünün quruması ilə bağlı məsuliyyət daşıyanları tənqid edib, eyni zamanda problemin həll yolları barədə fikirlərini yazıb.

Həmçinin yoxlayın

MOSSAD rəhbəri İrana görə Uitkofla görüşə gedir

GADTB: MOSSAD-ın direktoru David Barnea və İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-ın Yaxın Şərq …

May Sato İranda siyasi məhbuslarla bağı xəbərdarlıq etdi

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato Tehranın Evin həbsxanasında saxlanılan və edam üçün …