Bazar , Oktyabr 18 2026
azfa

Millətçi ermənilər İrəvanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı mitinq keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan müxalifətinin yaratdığı “Müqavimət” hərəkatı bu gün yenidən İrəvanda aksiya keçirib.

Aksiya yürüşlə başlayıb və Fransa meydanında mitinqlə davam edib.

Aksiyaya ənənəvi olaraq İşxan Saqatelyan rəhbərlik edib.

Çıxışçılar hakimiyyətin daxili və xarici siyasətini, o cümlədən Azərbaycan və Türkiyə ilə aparılan normallaşma prosesini tənqid ediblər.

Saqatelyan deyib ki, küçə mübarizəsinin alternativi yoxdur və müxalifət buna davam edəcək.

O, müxalifətin parlamentə qayıtmaq niyyətinin olmadığını da vurğulayıb. Onun sözlərinə görə, yalnız hakimiyyəti göndərmək üçün parlamentə qayıda bilərlər.

Bundan sonra Saqatelyan yenə yürüş etməyi və yenidən meydana qayıtmağı təklif edib.

Qyd edək ki, müxalifətin aksiyaları 25 apreldən başlayıb. İndiyə qədər ən izdihamlı aksiya 2 mayda keçirilib və o zaman cəmi 14 min iştirakçı olub. Bundan sonra iştirakçıların sayı azalmaqda davam edir. 

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …