GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 1-də Ermənistanın paytaxtı İrəvanda İranın xaricdəki ilk və ən böyük ticarət mərkəzi açılacaq.
İranın İnkişaf və Ticarət Təşkilatının dəstəyi ilə yaradılacaq ticarət mərkəzinin sahəsi 18 min kvadratmetrdən çoxdur.
Bildirilib ki, açılış mərasimində İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Ətabək, Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan, eləcə də İranın ən böyük sənaye mərkəzlərinin rəhbərləri və iş adamları iştirak edəcəklər.