Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Milli Azadlıq Hərəkatının lideri, Bütöv Azərbaycan sevdalısı Əbülfəz Elçibəyin anım günüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Azərbaycanda Milli Azadlıq Hərəkatının lideri, Bütöv Azərbaycan sevdalısı, Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Elçibəyin doğum günüdür.

Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib.

1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək, 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.

Ə.Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub.

1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə.Elçibəy 1 il sonra Gəncə hadisələri ilə əlaqədar paytaxtı tərk edərək, Kələki kəndinə gedib. Daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.

1997-ci ildə Bakəya qayıdan Əbülfəz Elçibəy Bütöv Azərbaycan Birliyini təsis edib və qurumun başqanı olub. O, ömrünün son günlərinə qədər Güney Azərbaycan türklərinin əzilən hüquqlarının müdafiəsi məsələsini diqqətdə saxlayıb.

Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında Gülhanə Hərbi Tibbi Akademiyasında xərçəng xəstəliyindən vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …