
GADTB: Hesablamalara görə, Süngün mis mədənindən əldə olunan əlavə dəyər vergisinin cəmi 10%-i Şərqi Azərbaycanda 10 min nəfərlik 10 xəstəxana, 200 məktəb, 70 minlik 2 stadion, 500 km asfalt yol, 500 avtobus və 10 böyük körpü inşa etməyə kifayət edərdi. Lakin bu qanuni və ədalətli pay hələ də bölgə əhalisinə çatmır.
“Abbas Lisaninin məlumat səhifəsi”nin xəbərinə əsasən, Şərqi Azərbaycan millət vəkilləri qurumunun sədri Əlirza Novin bu yaxınlarda bildirib:
“Süngün mis mədənində üçüncü mərhələnin istismara verilməsi və katod istehsalının başlanması ilə illik gəlir təxminən 5 milyard dollar artacaq. Əgər bu məbləğin yalnız 10%-i – yəni əlavə dəyər vergisi – vilayətə qaytarılsa, Şərqi Azərbaycan ildə 40 milyard tümənlik dövriyyəyə sahib olacaq.”
Hazırkı dollar məzənnəsinə görə, bu rəqəm artıq 50 milyard tüməni keçib. Müqayisə üçün: Şərqi Azərbaycanın bu il üçün təsdiqlənmiş ümumi inkişaf büdcəsi cəmi 31 milyard tüməndir.
Bundan əvvəl, Təbriz Ticarət Palatası sədrinin müavini Cəmşid Bərzəgər bu yaxınlarda keçirdiyi iclasda deyib:
“2023-cü ildə Süngün mis mədənindən toplanan 18 min milyard tümən verginin cəmi 2 min milyard tüməni Şərqi Azərbaycana verilib, qalanı digər vilayətlərə köçürülüb.”
Eyni məsələni vilayətin valisi Bəhram Sərməst də təsdiq edərək bildirib ki, illərdir Süngündən toplanan vergi gəlirlərinin payı faktiki olaraq Şərqi Azərbaycana verilməyib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi