Cümə axşamı , Aprel 24 2025
azfa

Molla rejim Urmiya gölü ilə bağlı ikili siyasət yürüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Urmiya gölünün quruması ekoloji və humanitar fəlakətə səbəb olsa da, molla rejimi bu fəlakətin qarşısını almaq üçün heç bir tədbir görmür.

Halbuki, İsfahanda Zayəndərud çayının qurumasının qarşısını almaq üçün bütün imkanlarından istifadə edir. Bununla bağlı İranın Su Sənayesi Təşkilatımın sözçüsü Firuz Qasımzadə müsahibəsində Zayəndərud çayından sənaye təyinatı üçün suyun çəkilməsinin sıfıra endiriləcəyini bildirib.

“Sənaye müəssisələri öz ehtiyaclarını ödəmək üçün təmizlənmiş kanalizasiya və dəniz suyundan istifadə etməlidirlər”, – deyə, Firuz Qasımzadə vurğulayıb.

Qeyd edək ki, İran hökuməti nəhəng su layihəsində Oman dənizindən İranın səhra ərazilərinə su nəql edir. Bu, Təbriz və Urmiyada çirkab sutəmizləyici qurğunun tikintisi layihəsinin hələ də tamamlanmadığı və maliyyə vəsaitinin təsdiqini gözlədiyi bir vaxta həyata keçirilir.

Həmçinin yoxlayın

Urmiya gölünə axan Tatau çayının qarşısı alınıb

GADTB: Urmiya gölündə ekoloji fəlakətin dərinləşməsinə baxmayaraq, gölə axan daha bir çayın qarşısı alınıb. Urmiya …

Rubio: “İranın uranı zənginləşdirmək icazəsi olmayacaq”

Marko Rubio “The Free Press” podkastına müsahibəsində deyib ki, İran dinc nüvə proqramına malik ola …