Bazar ertəsi , İyun 17 2024
azfa

Molla rejimi Əkbər Nəimiyə qarşı uzun müddətli həbs cəzasını təsdiqləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Apellyasiya Məhkəməsi Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı fəal Əkbər Nəimi barəsində çıxarılan 9 il 6 ay həbs qərarını təsdiq edib.

Azərbaycanlı fəalın vəkilləri Məhəmmədrza Fəqihi və Zəhra Minuyi bu barədə məlumat verib və bildiriblər ki, bu, İran Ali Məhkəməsinin bundan öncə çıxardığı qərarla zidyiyyət təşkil edir.

Çünki, hətta rejimi Ali məhkəməsi də fəala qarşı ittihamların əsassız olduğunu görüb və yenidən mühakimə edilməsini tələb etmişdi. Lakin rejimin Apellyasiya Məhkəməsi hər şeyə rəğmən fəala qarşı həbs qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Əkbər Nəimi 2020-ci il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində yaxalanaraq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 200 milyon tümənlik girov qarşılığında Evin zindanından zaminə buraxılmışdı.

Əkbər Nəimi şərlənərək, “Qanunsuz qrupa üzv olmaq”, “Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “Rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq” ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

İrqçi fars rejim Əkbər Nəimini sadəcə Azərbaycan uğrunda mədəni fəaliyyətlərinə görə 9 il 8 ay həbs cəzasına məhkum etmişdi. Qərar rejimin Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın Evin zindanında həbs cəzasını çəkməkdə idi.

Əkbər Nəimi həmçinin 2 il müddətinə xaric çıxması, eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına da qadağa qoyulmuşdu.

Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı fəal Əkbər Nəimi iyunun 19-da Təbrizdə rejimin məmurları tərəfindən həbs edilərək Tehranın Evin zindanına köçürülmüşdü.

İranın Ali Məhkəmənin 9-cu bölməsi Seyid Məhəmmədrza Fəqihi və Zəhra Minuinin müdafiə etdiyi Əkbər Nəiminin məhkəmə işinə baxılmışdır.

Məhkəmə azərbaycanlı fəala qarşı “Qanunsuz təşkilata üzv olmaq” və “Ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamları ilə çıxarılan qərarı ləğv etmişdir.

Ali məhkəmə azərbaycanlı fəal barədə qeyd olunan ittihamlarla açılan cinayət işinə yenidən baxılması üçün onun dosyesini Tehranın Apellyasiya Məhkəməsinə göndərmişdi.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …