Cümə , Noyabr 14 2025
azfa

Molla rejimi Əlborz əyalətində türk adlarına qadağa qoyub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Əlborz əyalətində mağazaların lövhələrində qeyd olunan adların farsca olması barədə yeni sərəncam verib.

Sərəncam İran Mədəniyyət və İrşad Nazirliyinin Əlborz əyaləti bölməsinin sədri Səid Cabiri Ənsari tərəfindən imzalanıb. 

Bunun çox sayda azərbaycanlının yaşadığı əyalətdə mağaza, bazar və iş yerlərinin türkcə adlarına qoyulan qadağa olduğu bildirilir. Səid Cabiri Ənsari bu addımın fars dilinin qorunub saxlanılması və inkişafı üçün atıldığını söyləyib.

Qeyd edək ki, bundan öncə Tehran polisinin ümumi məkanlara nəzarət bölməsi də oxşar addım ataraq qeyri-fars dilində lövhələri olan iş yerlərinin sahiblərinə qarşı tədbirlər görüləcəyini bildirmişdi.

Həmçinin yoxlayın

İranda gözlənilməz sorğu: “Əhali ölkənin vəziyyətindən narazıdır”

GADTB: İran Tələbə Rəy Sorğusu Mərkəzinin (ISPA) son sual-cavabına əsasən, ölkənin vəziyyətindən narazılıq səviyyəsi 92 …

Urmiya gölünün böhranlı vəziyyəti gündən günə artır

GADTB: Bir vaxtlar Güney Azərbaycanın mavi cəvahiri sayılan Urmiya gölü hələ də su çatışmazlığı və …