Cümə , İyun 20 2025
azfa

Molla rejimi Ərdəbildə azərbaycanlı fəal Arzu Xaliqini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı fəal Arzu Xaliqini noyabrın 3-də həbs edib.

Xaliqi ailəsinə məsələnin ictimailəşdirilməməsi üçün təzyiq göstərildiyinə görə, onun həbs xəbəri gec yayılıb.

Noyabrın 3-də Ərdəbil şəhərində molla rejiminin məmurları tərəfindən yaxalanan beynəlxalq hüquq üzrə mütəxəssis Arzu Xaliqinin talei barədə məlumat əldə etmək mümkün olmur.

Fəalın ailəsinin aidiyyəti orqanlara müraciətləri cavabsız qalması ailənin ciddi narahatlığına səbəb olub.

Hələlik Arzu Xaliqinin həbs səbəbi, nədə ittiham olunduğu və harada saxlanıldığı barədə məlumat verilməyib.

Həmçinin yoxlayın

İsrail Sefidrood Sənaye Parkını vurub-Video

GADTB: İsrail Rəştin Sefidrood Sənaye Parkında, Kəleş Taleşan kəndi yaxınlığında İslam Respublikasının döyüş maşınına bağlı …

Tehranın Evin zindanında siyasi məhbuslara qarşı təzyiqlər davam edir

GADTB: Son günlər Evin həbsxanasının təhlükəsizlik qüvvələri 209-cu bölmədəki bütün məhbusları öz kameralarına salıb, onların …