Molla rejimi Ərdəbildə azərbaycanlı fəal Vəhid Sadiqifəri ETTELAAT İdarəsinə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin məmurları Ərdəbildə azərbaycanlı fəal Vəhid Sadiqifəri ETTELAAT İdarəsinə çağırıblar.

Fəalın yaxınlarının bildirdiyinə görə, ETTELAAT məmurları Ərdəbildə yaşayan azərbaycanlı milli fəal Vəhid Sadiqifərə telefon edərək ondan həmin idarəyə getməsini istəyiblər.

Azərbaycanlı fəal isə bunun üçün məhkəmə qərarı olmadığını əsas gətirərək ETTELAAT İdarəsinə getməkdən boyun qaçırıb.

Hələlik azərbaycanlı fəalın hansı səbəbə görə ETTELAAT İdarəsinə çağrıldığı barədə ona məlumat verilməyib.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …

Azərbaycan fəal Əsgər Fərəcinin Evin zindanında son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında cəza çəkən azərbaycanlı fəal Əsgər Fərəci …