Çərşənbə , Fevral 11 2026
azfa

Molla rejimi Ərdəbildə hicab bəhanəsilə iş yerlərini bağlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Ərdəbil şəhərində hicab bəhanəsilə iş yerlərini bağlayır.

Molla rejimi Ərdəbil şəhərində restoranı bağlayıb və orada işləyənləri həbs ediblər.

Bu barədə Ərdəbil əyalətinin İnqilab Prokurorluğu məlumat yayıb.

Məlumatda fəaliyyət lisenziyası ləğv edilən restoranda islami qaydalara riaəyt edilmədiyi, oradan spirtli içkilər aşkarlandığı bildirilib.

Qeyd edək ki, son aylar İranda məcburi hicab qaydalarına riayət edilməyən və musiqi səsləndirilən 2 mindən çox iş yerinin fəaliyyəti qadağan edilib.

Həmçinin yoxlayın

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

GADTB: Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası …

Molla rejimi İsfahanda nüvə obyektində tunel girişlərini tam örtür

GADTB: Nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində nüfuzlu beynəlxalq beyin mərkəzi olan “Elm və Beynəlxalq …