Cümə axşamı , May 22 2025
azfa

Molla rejimi Ərdəbildə yaxaladığı 3 azərbaycanlı milli fəalı zindana köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ərdəbildə yaxaladığı 3 azərbaycanlı milli fəalı Ərdəbildəki zindana köçürüb.

Ərdəbil sakini olan azərbaycanlı milli fəallar Meysəm Colani, Səid Sadiqifər və Əsgər Əkbərzadə oktyabrıb 6-a qədər ETTELAAT təcridxanasında soröu-suala çəkiliblər və ondan sonra rejimin Ərdəbildə yerləşən zindanına köçürülüblər.

Molla rejiminin Ərdəbildəki Ümumi və İnqilab Prokurorluğunun 7-ci şöbəsinin hakimi Kamiyar Səlim azərbaycanlı milli fəallara qarşı “Təhlükəsizliyi və ictimai asayışı pozmaq üçün toplaşmaq, əlbir olmaq və İslam Respublikasına qarşı təbliğat” ittihamı irəli sürüb.

Qeyd edək ki, azərbaycanlı milli fəallar Meysəm Colani, Səid Sadiqifər və Əsgər Əkbərzadə sentyabrın 22-də iş yerləri və evlərində İranın ETTELAAT İdarəsinin məmurları tərəfindən döyülərək həbs edilmişdilər.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı körpəni doğum şəhadətnaməsindən məhrum edib

GADTB: İrqçi fars-molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi təbrizli körpəyə valideynləri Əlihan adı seçdiklərinə …

Molla rejimi azərbaycanlı fəal Oxtay Zöhrabini ETTELAAT-a çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Vəli Zöhrabini (Oxtay …