Bazar ertəsi , İyun 17 2024
azfa

Molla rejimi Ərdəbilin bir neçə məktəbində qız şagirdləri zəhərləyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 1-də Ərdəbildə 9 qız məktəbində çox sayda şagird şübhəli şəkildə molla rejimi tərəöfindən zəhərlənib.

Zəhərlənən şagirdlər xəstəxanalara yerləşdirilib.

Bu barədə Ərdəbil əyaləti valiliyinin təhlükəsizlik və asayişin mühafizəsi üzrə baş direktoru Əli Məhbubifər məlumat yayıb.

Günorta saatlarında baş verən hadisədən sonra şagirdlərin valideynlərinin məktəblərin qarşısına toplaşdığı və polis qüvvələri ilə onlar arasında qarşıdurma yaşandığı bildirilir.

Molla rejimi qulluqçuları qazla zəhərlənən tələbələrin valideynlərinə də vəhşicəsinə hücum edib və onları həbs ediblər.

Molla rejiminin məmurları bir ananın saçından tutaraq onu yerə yıxıb və sürüyüblər.

Hüquqşünas Mohsen Burhani bu videoya cavab olaraq yazıb: “Şagirdin məktəbdə zəhərlənməsinə etiraz olaraq qışqıran qadının günahı yoxdur, o, etiraz edir və narahatdır. Səsini kəsmək üçün onun saçını yolmaq, üzünə və ağzına toxunmaq da artıq halal olub? Siz hansı dinə və ayinə inanırsınız?”

Qeyd edək ki, 2 aydan çoxdur ki, qız məktəblərində şagirdlər zəhərlənirlər və bu hadisələrin səbəbi onların ailələrinə bildirilmir. İslami Şuranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Şəhriyar Heydərin sözlərinə görə, indiyə qədər İranın müxtəlif əyalətlərindən 900-ə yaxın şagird zəhərlənib.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …