Çərşənbə , Noyabr 11 2026
azfa

Molla rejimi Ərdəbildə azərbaycanlı fəal Ramin Nəcəfvəndi Kəşfiyyat Polisinə çağırılıb

GADTB: Traxtur komandasının ərdəbilli tərəfdarı Ramin Nəcəfvənd 10 may, şənbə günü Ərdəbildə Kəşfiyyat Polisinə çağırılıb və bir neçə saat dindirilib.

Məlumata görə, onun çağırılma səbəbi ötən cümə axşamı “Traktor” azarkeşlərinin və Ərdəbil əhalisinin şənliyində iştirak etməsi ilə bağlı olub.

Qeyd edək ki, Azərbaycan Milli Hərəkatından olan Yusif Kari və Səccad Qurbani, bundan başqa Traxtorun Ərdəbilli tərəfdarlarından Əhməd Seyfi mayın 8-i cümə axşamı günü həbs edilib və Ərdəbil Polisinin Kəşfiyyat Təcridxanasında bir gün saxlandıqdan sonra sərbəst buraxılmışdılar.

Bu azərbaycanlı fəalların yaxınlarının bildirdiyinə görə, onların həbsi zor tətbiqetmə ilə baş tutub. Bu zaman Yusif Kari qulaqlarından və boynundan, digər fəallar isə başlarından xəsarət alıblar.

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …