Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi Ərdəbildə azərbaycanlı milli fəal Vədud Ənsarini ETTELAAT İdarəsinə çağıraraq hədələyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars molla rejimi Ərdəbildə azərbaycanlı milli fəal Vədud Ənsarini oktyabrın 24-də ETTELAAT İdarəsinə çağıraraq hədələyib. ETTELAAT İdarəsinə çağrılan azərbaycanlı fəal bir neçə saatlıq sorğu-suala tutulub.

Molla rejiminin məmurları bir neçə saatlıq dindirdikləri azərbaycanlı milli fəala psixi təzyiq göstərib və onu təhdid ediblər.

Rejimin məmurları Vədud Ənsaridən həbsdə olan milli fəalların zaminə buraxılması üçün girov təmin etmək işinə görə hədələnib və bu məsələnin dayandırması tələb edilib.

Qeyd edək ki, irqçi fars-molla rejimi çox sayda azərbaycanlı fəalı yaxalayıb. Hazırda Əsgər Əkbərzadə, Meysəm Colani, Səid Sadiqifər, Yusif Kari, Məhəmməd Colani, Firuz Moini, Səccad Qane müqəddəm və Yaşar Əkbərzadə həbsdədir. Həmin fəalların ailələri bildirirlər ki, rejimin Ərdəbildəki Ümumi və İnqilab Prokurorluğunun 7-ci istintaq şöbəsinin müstəntiqi Kamyar Səlimzadə təhlükəsizlik qurumlarının göstərişi ilə fəalları barədə məhkəməyə qədər azadlığa buraxılma qərarını imzalamaqdan imtina edir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …