Bazar ertəsi , Noyabr 9 2026
azfa

Molla rejimi 14 vətəndaşının Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı məlumata münasibət bildirib

GADTB: İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı məlumata münasibət bildirib.

İran XİN-in sözçüsü İsmayıl Bəqayi bu barədə keçirdiyi mətbuat konfransında danışıb.

O, Azərbaycanın bu qərarını “dostcasına addım hesab etmədiklərini” bildirib.

“Ümumiyyətlə, 14 İran vətəndaşının “arzuolunmaz şəxs” elan edilməsi məna kəsb etmir. Çünki bu şəxslərin heç biri diplomat deyil və Azərbaycan Respublikasının ərazisində də olmayıblar. Lakin bu addım dostcasına hərəkət deyil”, – deyə Bəqayi vurğulayıb.

İran XİN sözçüsü bununla bağlı Azərbaycan tərəfinə rəsmi etiraz bildirildiyini açıqlayıb.

“Biz etirazımızı açıq şəkildə bildirmişik. Azərbaycanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub, etirazımız ona çatdırılıb. Bundan sonra da zəruri hesab etdiyimiz addımları atacağıq və bu barədə məlumat verəcəyik”, – deyə o əlavə edib.

Qeyd edək ki, molla rejimində Azərbaycana qarşı açıq düşmənçilik edən və Azərbaycanın daxili işlərinə qarışan 14 şəxs Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan edilib.

Həmçinin yoxlayın

İran İslam Respublikası rejimi ABŞ-ın təhdidlərini bəhanə gətirərək MAQATE-nin tam nüvə nəzarətini rədd etdi

GADTB: “Bloomberg” agentliyinin məlumatına görə, İran İslam Respublikası Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) tam nəzarətini …

Molla rejimi sanksiyalardan yayınmaq üçün Çində gizli neft infrastrukturu qurub

GADTB: Molla rejimi ABŞ-nin neft sanksiyalarından yayınaraq ixracı davam etdirmək məqsədilə Çində gizli neft infrastrukturu …