
GADTB: Dünən axşam saatlarında irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı fəallar Yusif Kari, Səccad Qurbani və Arianı həbs edib.
Molla rejimin ETTELAAT qüvvələri azərbaycanlı fəalları döyərək yaxalayıb. Onların harada saxlanması və həbs səbəbləri hələlik bəlli deyil.
Son günlərdə Ərdəbilin bir çox küçələrində təhlükəsizlik qüvvələri insanların Şəriəti meydanına toplaşmasına mane olur. Buna səbəb isə onların “Traxtur” komandasının qələbəsindən sonra milli şüarlar səsləndirmələridir.
Qeyd edək ki, Yusif Karı dəfələrlə irqçi fars-molla rejimi tərəfindən həbs və təzyiqlərlə qarşılaşıb.