Çərşənbə , Noyabr 11 2026
azfa

Molla rejimi ABŞ-ın quru hücumundan özünü qorumaq üçün minlərlə Həşdi-şəbi terrorçusunu İrana gətirdi- Video

GADTB: İrqçi fars-molla rejimi ABŞ-ın quru hücumundan özünü qorumaq üçün minlərlə Həşdi-şəbi terrorçusunu İrana gətirıb.

İraqdan Abadan və Xorrəmşəhr yolu ilə silahlı şəkildə İrana daxil olan terrorçular həssas bölgələrə yerləşdirilib.

Şahidlərin verdiyi məlumata görə, İraqdan gələn qüvvələr Bəndər Abbas şəhərində SEPAH şəxsi heyətinin istifadə etdiyi yaşayış binalarında yerləşdirilib.

Məlumat, bir gün əvvəl İran şəhərlərində, xüsusilə Xürrəmşəhrdə İraq qüvvələrinin küçələrdə parad keçirdiyini göstərən çoxsaylı görüntülərin yayılmasından sonra ortaya çıxıb. Həmin görüntülərdə “Toyota Hilux” avtomobillərində hərəkət edən və İraq bayraqları daşıyan şəxslərin şəhərdə dolaşdığı görülüb.

İranın dəstəklədiyi Haşd əş-Şəəbi qruplaşması isə son həftə ərzində İraqda daha intensiv hücumlara məruz qalır.

https://t.me/GADTB1/51094

https://t.me/GADTB1/51095

https://t.me/GADTB1/51137

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …