Molla rejimi ağır şəraitdə həbsdə saxladığı azərbaycanlı milli fəalı təhdid edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə həbs edib və ağır şəraitdə həbsdə saxladığı azərbaycanlı milli fəalı yenidən təhdid edir.

Tehranın Evin zindanında həbsdə olan Güney Azərbaycan Milli Hərəkatının fəalı Mahmud Ocaqlunun həbsindən 16 ay keçməsinə baxmayaraq, o, hələ də məzuniyyətə buraxılmır.

Son günlərdə azərbaycanlı milli fəal həbsxanada rejimin ETTELAAT qüvvələri tərəfindən haqqında məhkəmə işi açılacağı ilə hədələnir. Bu haqda Mahmud Ocaqlunun özü ailəsi ilə telefon danışığı zamanı məlumat verib.

Azərbaycanlı fəalın sözlərinə görə, ETTELAAT İdarəsinin əməkdaşları dindirmə prosesində bu məsələyə toxunublar.

Qeyd edək ki, Mahmud Ocaqlu 11 dekabr 2022-ci ildə Tehran şəhərindəki iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdı.

Azərbaycanlı fəal şərlənərək, “cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq”, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” və “ölkənin təhlükəsizliyinə xələl gətirmək məqsədi ilə insanları döyüşə və bir-birini öldürməyə təhrik etmək”də ittiham edilmişdi.

Mahmud Ocaqlu ana dili hərəkatının fəallarındandır və 2014-cü ildə də ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilmişdi.

Həmçinin yoxlayın

Xameneinin öldürülməkdən qorxaraq bütün elekteron əlaqələrini kəsdi

GADTB: Öldürülməkdən qorxan Xamenei gizlənərək bütün elekteron əlaqələrini kəsib. Bunkerdə gizlənən Əli Xamenei öldürülmək təhlükəsindən …

Amerika İranın əsas nüvə təsisatlarını bombalayıb

GADTB: Amerikanın bazar günü İranın 3 əsas nüvə obyektinə zərbələr endirib. ABŞ təyyarələr, eləcə də …