Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal Əsgər Fərəcini həbsdə saxlayır və onun fiziki vəziyyətinin pis olmasına baxmayaraq, həmin azərbaycanlı məhbus lazımi tibbi yardımdan məhrum edilib.

Məhkumun ailəsinə yaxın olan məlumatlı mənbə onun son vəziyyəti ilə bağlı məlumat verib: “Cənab Fərəci bel nahiyəsində şiddətli ağrılardan əziyyət çəkir. İşlə bağlı səlahiyyətli orqanlara müraciət etməsinə və ailəsinin onun müalicə üçün tibb mərkəzlərinə göndərilməsi ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq, hələ də lazımi müalicədən məhrumdur.

Qeyd edək ki, Əsgər Fərəci Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində “Ölkənin təhlükəsizliyinə qarşı hərəkət etmək məqsədi ilə toplaşmaq və sövdələşmək”, “rejim əleyhinə qruplara üzv olmaq”, “İslam Respublikası sisteminə qarşı təbliğat aparmaq”, “İctimai şüuru pozmaq məqsədi ilə kiberməkanda yalan yaymaq” ittihamları ilə 17 il 4 ay həbs və Cənubi Xorasan əyalətinə 2 il sürgün cəzasına məhkum edilib.

Apellyasiya məhkəməsində bu cəza 5 ilə endirilib.

Əsgər Fərəcinin vəkili Sina Yusifi bu azərbaycanlı fəala verilən hökmlə bağlı açıqlama verib: Müvəkkilim Əsgər Fərəci “Ana Dili” sahəsində sivil fəaliyyətinə görə 4 ilə yaxındır ki, Evin həbsxanasında məzuniyyətsiz saxlanılır.

Həmçinin yoxlayın

Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi TÜRKSOY-un baş ofisində keçirildi

GADTB: Mərkəzi Azərbaycanın paytaxtı Bakı şəhərində olan Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi …

Molla rejimi Güney Türkmənistanın etnik tərkibini dəyişməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Türkmənistanın etnik tərkibini dəyişməyə …