Cümə , Noyabr 14 2025
azfa

Molla rejimi Araz kənarında Ermənistanın ekoloji terroruna etiraz edən azərbaycanlıları məhkəmə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Xudafərin körpüsü yaxınlığında Ermənistanın Araz çayını çirkləndirməsinə və Ermənistanın inşa etməkdə olduğu metallurgiya zavodunun törədə biləcəyi ekoloji fəlakətə etiraz etdikləri üçün iyulun 7-də həbs etdiyi azərbaycanlı milli fəalları məhkəmə edib.

İyulun 15-də Xudafərin şəhərinin prokurorluğunun 1-ci şöbəsində azərbaycanlı fəallar Mustafa Əvəzpur, Rəhim Sasani, Məhəmməd Mərdi, Məhəmməd Əlipur, Sədullah Sasani və Cəfər Noruzinin məhkəmə iclasları keçirilib.

Fəalları barədə “hökumətə qarşı təbliğat” ittihamının irəli sürülüb və barələrində çıxarılan qərarın yaxın günlərdə elan ediləcəyi bildirilib.

Qeyd edək ki, həmin azərbaycanlı fəallar iyulun 7-də həbs edilib və 28 saat dindirildikdən və döyüldükdən sonra girov qarşılığınfa müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

İranda gözlənilməz sorğu: “Əhali ölkənin vəziyyətindən narazıdır”

GADTB: İran Tələbə Rəy Sorğusu Mərkəzinin (ISPA) son sual-cavabına əsasən, ölkənin vəziyyətindən narazılıq səviyyəsi 92 …

Urmiya gölünün böhranlı vəziyyəti gündən günə artır

GADTB: Bir vaxtlar Güney Azərbaycanın mavi cəvahiri sayılan Urmiya gölü hələ də su çatışmazlığı və …