GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi tərəfindən Gilana birləşdirilən Güney Azərbaycanın Astara şəhərinin yenidən Ərdəbil əyalətinə birləşdirilməsini tələb edən gənc həbs edilib.
22 yaşlı azərbaycanlı gənc Astara rayonun Ərdəbil əyaltinə qaytarılmasını dəstəklədiyinə görə Gilan əyalətinin Some Səra rayonu Kiber Polisi tərəfindən saxlanılaraq həbsxanaya aparılıb.
Astara rayonu polis komandanı bu barədə məlumat yaymaqla deyib: “Kiber Polis mütəxəssisləri virtual məkanı izləməklə Astaranın Ərdəbil əyalətinə birləşdirilməsi barədə bir saytda post qoymuş gənci saxlayıb.
Onun barəsində ictimai rəyi çaşdırma ittihamı ilə iş açılaraq həbsxanaya salınıb.”
Qeyd edək ki, bir neçə aydır ki, minlərlə azərbaycanlı Astara rayonun yenidən Ərdəbil əyalətinin inzibati ərazilərinə daxil edilməsi barədə kampaniyaya qoşulub.
Astara rayonu, əhalisinin yüz faizə yaxını azərbaycanlılar olmaqla Ərdəbil əyalətinin tarixi ərazisi olub. Lakin İranın şovinist hakimiyyətinin asimilyasiya siyasəti istiqamətində buranı Ərdəbil əyalətinin inzibati ərazi bölgüsündən çıxarılaraq Gilan əəyalətinə birləşdirmişdir.