Şənbə , Dekabr 7 2024
azfa

Molla rejimi azərbaycanlı ekofəalı həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı gənc ekofəal Əfşin Nəziri həbs cəzasını çəkmək üçün bədnam Evin zindanına aparılıb.

Azərbaycanlı fəal daha öncə Araz çayının ermənilər tərəfindən çirkləndirilməsinə etiraz etdiyi üçün həbs edilib.

Güney Azərbaycanın müxtəlif bölgələrində ekoloji problemlərlə bağlı məsələlərdə fəal iştirak edən Əfşin Nəziri avqustun 23-də Tehranda rejimin ETTELAAT Nazirliyinin qüvvələri tərəfindən atasının evində tutulub.

Azərbaycanlı fəal həbs edilərkən ailəsinin qarşısında döyülüb.

Həmçinin yoxlayın

Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək

GADTB: Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının …

Molla rejimin məmurları təbrizli yeniyetmənin evinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT İdarəsinin əməkdaşları Təbrizdə 17 …