Çərşənbə , Aprel 17 2024
azfa

Molla rejimi azərbaycanlı fəal Həmid Purvəlini prokurorluğa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan Həmid Purvəlini prokurorluğa çağırıb.

Azərbaycanlı fəal rejimin məhkəməsinin elektron sistemi vasitəsi ilə bildiriş alaraq prokurorluğa gəlməsi tələb olunub.

21 fevral tarixində göndərilən bildirişdə, fəaldan izahat verməsi məqsədi ilə 5 gün ərzində Təbrizdə rejimin Ümumi Prokurorluğunun 15-ci şöbəsinə müraciət etməsi istənilib.

Azərbaycanlı fəalın bacısı Ayda öz İnstaqram hesabında bildirişin surətini paylaşaraq azərbaycanlı fəalın prokurorluğa çağırılmasını qınayıb.

Qeyd edək ki, Həmid Purvəli bundan əvvəl Təbriz şəhəri Rastaküçə məhləsində Urmiya gölünün qurudulmasına etiraz olaraq keçirilən aksiyalar vaxtı 2022-ci ilin iyul ayının 16-da 7 nəfər digər azərbaycanlı fəalla birgə yaxalanmışdı. Daha sonra vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Həmid Purvəli tanınmış azərbaycanlı fəal rəhmətlik Əziz Purvəlinin oğludur və Azərbaycan Türk Millətinin hüquqları uğrunda fəaliyyətləri üçün dəfələlrlə həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də “İsrail İranı “uf” demədən vuracaq” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Azərbaycan türkcəsində çəkilən qısa bədii film yayımlanacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  “Taymaz” qısametrajlı bədii filmi Hindistanın Beynəlxalq Uşaq Filmləri …