Çərşənbə , Aprel 30 2025
azfa

Molla rejimi azərbaycanlı fəal Kərim İsmayılzadənin həbs müddətini uzadıb

GADTB: irqçi fars-molla rejimi azərbaycanlı fəal Kərim İsmayılzadənin həbs müddətini uzadıb. Azərbaycanlı fəalın ailəsi aprelin 9-da məhkəməyə gedib və fəalın istintaqının sona çatmasına baxmayaraq hələ də həbsdə saxlanılacağını öyrəniblər.

Müstəntiqin sözlərinə görə, fəalın saxlanma müddəti başa çatsa da müddət Təbrizdə rejimin ETTELAAT İrarəsi tərəfindən uzadılıb.

Qeyd edək ki, 2025-cü il martın 10-da səhər saatlarında təhlükəsizlik işçiləri Kərim İsmailzadənin iş yerinə basqın edərək onu həbs ediblər.

Onun haqqında uzun müddət məlumat ala bilməyən yaxınları sonradan Kərim İsmayılzadənin Təbrizin mərkəzi zindanına köçürüldüyünü və 5-ci palatada saxlandığını, onunla heç bir əlaqə və ziyarətə icazə verilmədiyini öyrənib.

2025-cü il martın 25-də Kərim İsmailzadənin qohumları Təbriz prokurorluğuna gedərək onun vəziyyətini soruşurlar. Lakin prokurorluq əməkdaşları şöbədə müstəntiq olmadığından Kərim İsmailzadənin vəziyyəti ilə bağlı məlumat verə bilməyəcəklərini deyiblər.

Kərim İsmailzadənin ilə ünsiyyətə və ziyarətə qadağaların davam etməsi onun ailəsi və yaxınlarının narahatlığına səbəb olub.

Həmçinin yoxlayın

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak etdi

GADTB: Türkiyənin Marmaris şəhərində keçirilmiş KURTARAN-2025 sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin …

Pezeşkianın Bakıya səfərindən öncə İran Azərbaycana qarşı tədbir keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkianın Bakıya səfərindən öncə aprelin 24-də İranın Qum …