Molla rejimi azərbaycanlı fəal Mahmud Ocaqluya iki yeni ittiham irəli sürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Mahmud Ocaqluya iki yeni ittiham irəli sürüb.

Rejimin Evin zindanının prokururluğunda Mahmud Ocaqluya qarşı həmin ittihamlar irəli sürülüb.

Azərbaycanlı fəal “Azərbaycan Milli Hərəkat Qrupuna üzv olmaq” və “iğtişaş və müharibə məqsədilə ictimai rəyi təhrik etmək”də ittiham olunub.

Qeyd edək ki, Mahmud Ocaqlu keçən il Tehranda iş yerində rejimin məmurları tərəfindən həbs edilib və ona qarşı “rejim əleyhinə təbliğat” və “milli təhlükəsizliyi pozmaq niyyəti ilə konsensus və sövdələşmə” ittihamı irəli sürülüb.

O, həbsdə olduğu müddətdə vəkillə təmin olunmayıb və onun ailəsi ilə görüşməsinə icazə verilməyib, həmçinin məhkəmə orqanları onun zaminə buraxılmasına mane olub.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …