GADTB: Dünən azərbaycanlı milli fəal Vədud Əsədi sosial media hesabında paylaşım edərək Rəşt İnqilab Məhkəməsininin 2-cü şöbəsi tərəfindən çağırıldığını açıqlayıb.
Əsədi bildirib ki, sentyabrın 10-u saat 09:00-da məhkəməyə getməlidir.
Azərbaycanlı milli fəal “İnstagram” hesabında yazıb ki, o, məhkəmə tərəfindən davamlı olaraq mesajlar alıb. Vədud Əsədi bildirib ki, özünün seçmədiyi bu yol vətənpərvərlik, Vətənin müdafiəsi üçün müqəddəs bir yoldur.
Vədud Əsədi ailəsi və yaxınlarının psixoloji sağlamlığını qorumaq üçün bu çağırışla bağlı yalnız sosial media hesabında xəbər verdiyini açıqlayıb, məqsədinin isə ölkənin həqiqətlərini cəmiyyətə çatdırmaq olduğunu vurğulayıb.
“Həyatda olduğum müddətcə haqsızlıq və zülm qarşısında susmayacağam və məhkəmədə millətimin tələblərini müdafiə edəcəyəm”, – deyə, fəal qeyd edib.