Çərşənbə axşamı , Oktyabr 8 2024
azfa

Molla rejimi azərbaycanlı fəal Vədud Əsədini mühakimə etdi

GADTB: Sentyabrın 10-da Rəştdə rejimin İnqilab Məhkəməsinin üçüncü şöbəsində azərbaycanlı fəal Vədud Əsədinin ittihamları üzrə məhkəmə iclası keçirilib.

Rəşt İnqilab Məhkəməsinin üçüncü şöbəsində hakim Mehdi Rəskinin sədrliyi ilə keçirilən bu iclasda Vədud Əsədinin müdafiəçisi cənab Rostami ilə birlikdə irəli sürülən ittihamlara qarşı özünü müdafiə edib.

Bu il mayın 21-də Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində Vədud Əsədinin işinin başqa bir hissəsi ilə bağlı ittihamlar üzrə məhkəmə iclası keçirilmişdi.

Qeyd edək ki, azərbaycanlı milli fəal fevralın 6-da rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilmişdi.

Həmçinin yoxlayın

“TEKNOFEST” sərgisi gələn il Şimali Kiprdə keçiriləcək

GADTB: Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar təşkilatçıların 2025-ci ildə Aviasiya, Kosmonavtika və …

Şuşada “Türktransplant” sistemi yaradılır

GADTB: Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV …