GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehrandakı İnqilab Məhkəməsinin 15-ci bölməsinin hökmü ilə Təbrizdə yaşayan azərbaycanlı fəal Həsən İbrahimi üç il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanlı fəal qəddarlığı ilə tanınan hakim Əbülqasım Sələvatinin sədrliyi ilə keçirilən məhkəmədə “ölkənin təhlükəsizliyinə qarşı aksiya keçirmək və cinayət törətmək üçün əlbir olmaq”da günahlandırılıb.
Qeyd edək ki, azərbaycanlı fəal Həsən İbrahimi bu ilin əvvəlində həbs olunaraq Evin zindanına köçürüldükdən sonra zaminə buraxılıb.