Molla rejimi azərbaycanlı fəalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi avqustun 6-da Güney Azərbaycanın Xalxal şəhərindən olan azərbaycanlı fəal Məhəmmədrza Xəlilinin mühakimə edib.

Azərbaycanlı fəal Gilan əyalətinin tərkibinə verilən Astara şəhərinin yenidən Ərdəbil əyalətinə qaytarılması tələbi ilə kampaniya başlatdığına görə mühakimə olunub.

Astara şəhərində rejimi 103-cü Cinayət Məhkəməsi M.Xəlilini “vətəndaşları qırğına və münaqişəyə təhrik və sövq etmək”də ittiham edib.

22 yaşlı Xəlili 15 noyabr 2023-cü ildə sosial mediada “Astaranın Ərdəbil əyalətinə birləşdirilməsi” adı altında imza kampaniyası başlatdıqdan sonra həbs edilib.

O, 8 dekabr 2023-cü ildə 2 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst braxılmışdı.

Qeyd edək ki, Astara şəhəri Gilan əyalətinin mərkəzi olan Rəşt şəhərinin təxminən 200, Ərdəbil şəhərinin isə 70 kilometrliyində yerləşir. Həm də həminş şəhər Azərbaycan şəhəridir. Bu şəhər vaxtı ilə Ərdəbil mahalı və Şərqi Azərbaycan əyalətinə bağlı olub.

Sonralar irqçi fars rejim ölkənin inzibati ərazi bölgüsü apararkən buranı Gilan əyalətinə birləşdirilib. Şəhərin əhalisi Azərbaycan türkləridir və bu günə kimi Astaranın yenidən Ərdəbil əyalətinə birləşdirilməsi üçün çoxsaylı kampaniyalar həyata keçirib, müraciətlər edilib. Lakin molla rejimi əhalinin haqlı istəyinə məhəl qoymur.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Quzey Qıbrıs Türk Cümhuriyyətinin Barış və Özgürlük Bayramı tədbirində – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 20 iyul Quzey Qıbrıs Türk Cümhuriyyətinin …

İsrail ordusu İrana mümkün hücuma hazırlaşır

GADTB: İsrailin Milli Xəbərlər nəşri ordunun İrana qarşı mümkün hücum ssenarilərinə aylarla əvvəlcədən hazırlaşdığını bildirib. …