Molla rejimi azərbaycanlı fəalı prokurorluğa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan Əmir Bədri Təbrizdə rejimin İnqilab Prokurorluğuna çağırılıb.

Bu haqda Əmir Bədri özünün “İnstagram” səhifəsində məlumat paylaşıb.

İyulun 8-də İran Ədliyyə Sisteminin elektron poçtu vasitəsilə göndərilən çağırış vərəqəsində Əmir Bədridən 5 gün ərzində Təbrizin Ümumi və İnqilab Prokurorluğunun 15-ci bölməsində olması istənilib.

Çağırış vərəqəsində mədəni fəalın “hökumətə qarşı təbliğat”da günahlandırıldığı qeyd olunub.

Qeyd edək ki, Əmir Bədri Təbriz Universitetinin metallurgiya ixtisasında təhsil alıb və təhsil zamanı tələbə hərəkatının fəallarından olub.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …