GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli və ətraf mühit fəalı məzuniyyət müddətinin bitməsi ilə bağlı yenidən zindana qaytarılıb.
İsmayıl Əhmədi 16 iyun tarixində girov qarşılığında 10 gün müddətinə məzuniyyətə buraxılmışdı.
Qeyd edək ki, İsmayıl Əhmədi 19 apreldə 9 aylıq həbs cəzasını çəkmək üçün Əhər həbsxanasına köçürülmüşdü.
Azərbacanlı fəala qarşı “müqəddəsləri təhqir etmək”, “vətəndaşları ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətməyə təhrik etmək”, “müxalif qruplarla əlaqə”, “yalan məlumatlar yaymaq” və “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülmüşdü.