Çərşənbə axşamı , May 21 2024
azfa

Molla rejimi azərbaycanlı fəallar Salar Tahir Əfşar və Milad Cəliliyə verdiyi 6 və 8 ay həbs cəzasını təsdiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar Salar Tahir Əfşar və Milad Cəliliyə verilən 6 və 8 ay həbs cəzası Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Azərbaycanlı milli fəallar “dövlət quruluşu əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək” ittihamı ilə həbs olunublar.

Qeyd edək ki, azərbaycanlı fəal Salar Tahir Əfşar özünün şəxsi əşyaları ilə yanaşı, bacısına məxsus mobil telefon və avtomobilinin sənədləri də müsadirə edilmişdi.

Tanınmış türk rep ifaçısı Milad Cəlili – Elşən isə keçən il noyabrın 27-də molla rejimin azərbaycanlı milli fəalları kütləvi həbs etməsinə etiraz olaraq hazırladığı rep mahnısını ifa edərək “İnstagram” səhifəsində paylaşdığı üçün yaxalanmışdı.

Milad Cəlili (İlşən) Təbrizdə rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilmiş və həbsindən bir neçə həftə sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdür.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Anıt qəbriri ziyarət edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Türkiyə XİN: ”Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşür”

GADTB: Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşdüyünü açıqlayıb. Türkiyə Xarici İşlər Nazirliyi …