Şənbə , May 17 2025
azfa

Molla rejimi azərbaycanlı fəalları aylardır qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəalları aylardır qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır. Tehranın Evin zindanında həbsdə saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəalları artıq 6 aydır ki, həbsdə saxlanılırlar.

Murtaza Pərvin, Tahir Nəqəvi, Hüseyn Piri, Kərəm Mərdanə, Baqir Hacızadə, Ayaz Seyfxah qanunsuz tutulan fəallardandırlar.

Bildirilib ki, onar bu ilin fevral ayında repressiv hökumət qüvvələri tərəfindən tutulduqdan sonra vəkillə görüşmək hüququndan da məhrum ediliblər.

Qeyd olunub ki, milli fəallardan bəziləri həbsxana şəraitinə və nəzarətçilərin onlarla sərt rəftarlarına görə aclıq aksiyası keçiriblər.

Həmçinin yoxlayın

Tramp: “İranın nüvə problemini 100% həll edəcəyik”

GADTB: ABŞ prezidenti Donald Tramp dünən “Fox News” telekanalına müsahibəsində deyib ki, İranın nüvə problemi …

Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirdi- Video

GADTB: Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirib. Etiraz Zəncan əyalətinin …