Çərşənbə axşamı , Noyabr 18 2025
azfa

Molla rejimi azərbaycanlı körpəyə türk adına görə doğum haqqında şəhadətnamə vermir

GADTB: İranın Vətəndaş Qeydiyyatı Təşkilatı “Əlburan” adlı azərbaycanlı uşağa doğum haqqında şəhadətnamənin verilməsinə qarşı çıxıb. Buna səbəb isə körpənin adının türk mənşəli olmasıdır. Bu səbəbdən Urmiyadan olan uşaq 5 aydır ki, doğum haqqında şəhadətnaməsiz qalıb. 

Körpənin atası Əbülhəsən Yari Urmiya şəhər məhkəməsinə şikayət edib.

İranın Vətəndaş Qeydiyyatı Təşkilatı yeni doğulan uşaqlar üçün siyahı təqdim edib. Bu qurum ailələri uşaqlarının adlarını bu siyahıdan seçməyə məcbur edir. Siyahıda üstünlük fars adlarına verilir və çox məhdud sayda türk adlarına rast gəlmək olur.  

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib. Ayıl, Sevgi, Yağış, Anar, Atakan, Oğuz, Türkay, Elcan, Tarkan və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciət edib, sosial mediada etirazlarını bildiriblər.

Həmçinin yoxlayın

Evin həbsxanasında Tahir Nəqəvi və Vədud Əsədiyə dəstək məqsədilə Murtəza Pərvinin rəsm sərgisi keçirilib

GADTB: Siyasi məhbus, təsviri və səhnə sənətləri üzrə tanınmış azərbaycanlı rəssam Murtəza Pərvinin bir günlük …

Tahir Nəqəvinin anası: “Xalqdan istəyirəm ki, susmasınlar”

GADTB: Evin həbsxanasında saxlanılan və Vədud Əsədi ilə birlikdə aclıq aksiyasında olan azərbaycanlı vəkil Tahir …