Çərşənbə axşamı , İyun 17 2025
azfa

Molla rejimi azərbaycanlı körpəyə türk adına görə doğum şəhadətnaməsi vermir

GADTB: İrqçi fars-molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi doğumundan 47 gün keçməsinə baxmayaraq, azərbaycanlı körpəyə Asena adının verilməsinə qarşı çıxdığı üçün ona doğum haqqında şəhadətnamə verməkdən imtina edir.  

Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinin Təbrizdəki məsulları Asenanın valideynlərinə bildiriblər ki, bu ada doğum şəhadətnaməsi verilməsi onların əlində deyil və onlar şkayət edə bilərlər.

Qeyd edək ki, İranda Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin rəsmiləri uşaqlarına türk adı seçən valideynləri bu qərardan daşındırmaq üçün müxtəlif süründürməçilik üsullarından və süni yaradılmış bürokratik əngəllərdən istifadə edirlər.

Həmçinin yoxlayın

Azərbaycanın İsraildən Güney Azərbaycanda yaşayış məskənlərini hədəf almamağı istədiyi bildirilir

GADTB: İsraillə İran arasında münaqişə hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə də böyük …

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri təlimə keçirir

GADTB: Qazaxıstanın Aktau şəhərində Qazaxıstan və Azərbaycanın “Xəzər küləyi – 2025” birgə hərbi təlimləri başlayıb. …