Molla rejimi azərbaycanlı körpəyə türk adına görə doğum şəhadətnaməsi vermir

GADTB: Molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi təbrizli körpəyə valideynləri Asena adı seçdiklərinə görə doğum şəhadətnaməsi vermir.

Asenanın atası Fərhad Pakruh bu barədə deyib: “22 apreldə anadan olan qızıma “Asena” adı seçmişik, Təbriz Qeydiyyat İdarəsinin əməkdaşları isə bu ada sənəd verməkdən imtina edib və bizə Asena deyil, “Asna” adına sənəd verə biləcəklərini bildiriblər”.

O, qızına doğum şəhadətnaməsi verilmədiyi üçün tibb xidmətlərdən məhrum olduğunu, müayinə və peyvənd oluna bilmədiyini deyib.

İran Qeydiyyat İdarəsi Asena və başqa bu kimi  türkcə adların İran adları siyahısında olmadığı üçün bu adların İran milli kimliyi ilə zidiyyət təşkil etdiyini deyir.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Qeydiyyat İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və dr.İmbat bəy Muğlunun “Media Turk TV”-də “Paşinyan Turan birliyini dəstəklədi – İstanbulda şok açıqlama” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

NYT: “Xameneyi ölümdən qorxaraq özünə üç varis seçib”

GADTB: “The New York Times” yazır ki, İsrailin Tehrana şiddətli hücumlarından sonra İranın ali rəhbəri …