GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi 2 ay yarımdır ki, Urmiya şəhərində dünyaya gələn azərbaycanlı körpəyə Alparslan adına görə doğum haqqında şəhadətnamə vermir.
Alparslanın atası Salar Babapur bununla bağlı deyib: “Urmiya Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi bu ada doğum haqqında şəhadətnamənin verilməyə razı deyil. Deyirlər ki, bu ad Vətəndaşlıq Vəziyyəti Aktlarının təsdiq etdiyi adlar arasında yoxdur”.