GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Sofian şəhərindən olan azərbaycanlı fəal Mürtəza Nurməhəmmədi Nadarlı üçün vəsiqə təmin edilsə də, onu zaminə buraxmayıb.
Molla rejimə azərbaycanlı fəala qarşı yeni yalan ittihamlar isrəli sürməklə onun zaminə buraxılmasına mane olub.
Molla rejimi azərbaycanlı fəala “Sistem əleyhinə təbliğ və qanunsuz qruplara üzvlük” ittihamları irəli sürüb. Fəal əlavə 1 ay yenidən müvəqqəti həbsdə saxlanılacaq.
Azərbaycanlı fəalım 500 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılmasına razılıq verilsə də, hələlik sərbəst buraxılmayıb.
Qeyd edək ki, azərbaycanlı fəal sentyabrın 9-u səhər saatlarında Sofian şəhərində molla rejimin məmurları tərəfindən saxlanılaraq, Təbrizin ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb.
Mürtəza Nurməhəmmədi bir müddət əvvəl qızına türkcə “Hunay” adı seçdiyi üçün sənəd verilmədiyi barədə sosial mediada paylaşımlar edib.
O, paylaşımında bildirmişdi ki, Sofian şəhərinin İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi Hunay adının İran adları siyahısında olmadığı üçün yabancı ad hesab edib və bu adla ona doğum şəhadətnaməsi verməkdən imtina etmişdi. Mürtəza Nurməhəmmədinin bu məsələ ilə bağlı yaxalandığı bildirilir.