Cümə axşamı , Aprel 24 2025
azfa

Molla rejimi azərbaycanlı milli fəal Əkbər Azadı Məhkəmə Qərarlarının İcrası şöbəsinə çağrıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Əkbər Azadı Məhkəmə Qərarlarının İcrası şöbəsinə çağrıb.

Əkbər Azada Tehranın Baharıstan şəhər İnqilab Məhkəməsinin İcra bölməsinin elektron sistemi vasitəsilə çağırış məktubu göndərilib.

Göndərilən məktubda tanınmış ağsaqqal fəalın çağırılmasının səbəbi hökmün icrası üçün məcburi yaşayış yeri vərəqəsinin verilməsi qeyd olunur. 

Halbuki, Əkbər Azad xəstəliyi  səbəbilə əməliyyatdan sonra hələ də evdə yataq rejimindədir və fiziki vəziyyəti pisləşdiyindən hərəkət edə bilmir.

İrqçi fars-molla rejimi azərbaycanlı fəalı ana dili uğrunda mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və təzyiqlərə məruz qoyub.

Həmçinin yoxlayın

Rubio: “İranın uranı zənginləşdirmək icazəsi olmayacaq”

Marko Rubio “The Free Press” podkastına müsahibəsində deyib ki, İran dinc nüvə proqramına malik ola …

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır

GADYB: Qərbi Azərbaycan İcması Ermənistanın dağıdıcı addımları ilə bağlı bəyanat yayıb:  Bəyanatda deyilir ki, bu …