Şənbə , Fevral 24 2024
azfa

Molla rejimi azərbaycanlı milli fəal Əmir Səttarini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə yaşayan azərbaycanlı milli fəal Əmir Səttarini həbs edib.

Yanvarın 17-də məhkəmə məmurları azərbaycanlı fəalı yaxalayaraq, barəsində çıxarılmış həbs qərarının icrası üçün Təbriz zindanına aparıblar.

Əmir Səttari bir müddət öncə Təbrizdə 2-ci Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən “Kiberməkanda telekommunikasiya sistemləri vasitəsilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək” ittihamı ilə mühakimə edilərək, 91 gün həbs cəzası və 4 milyon tümən cərimə ödəməyə məhkum edilmişdi.

Qeydedəkki, Əmir Səttari 21 iyul tarixində rejimin məmurları tərəfindən yaxalanaraq ETTELAAT-ın təcridxanasına aparılmış, avqustun 11-də Təbrizdə rejimin mərkəzi zindanına köçürülmüş və 15 avqustda girov qarşılığında olaraq məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Salar Tahir Əfşar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Salar Tahir Əfşarı …

Türkiyənin “Bayraqdar Akıncı C” PUA-s ilk uçuş sınağını başa vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyənin “Bayraqdar Akıncı C” PUA-sı ilk uçuş sınaqlarını …