Cümə axşamı , Aprel 24 2025
azfa

Molla rejimi azərbaycanlı milli fəal ETTELAAT-a çağırıb

GADTB: İrqçi fars-molla rejimi Salmas şəhər sakini olan azərbaycanlı milli fəal Murtıza Əhmədini dindirilmək üçün ETTELAAT-a çağırıb.

Əhmədi qeyri-qanuni çağırışlara, hədə-qorxulara, alçaldılmalara, hətta onlarla dəfə evində axtarışa məruz qaldığını açıq şəkildə bəyan edib və bildirib ki, bu dəfə qeyri-qanuni proseslərə müqavimət göstərmək qərarına gəlib. O, digər fəalları da susqunluqlarını pozmağa, bu cür qeyri-insani təzyiqləri, insan və vətəndaş hüquqlarının pozulmasını ictimailəşdirmək üçün hərəkətə keçməyə çağırıb.

Qeyd edək ki, Güney Azərbaycan şəhərlərində ETTELAAT qüvvələri məhkəmə qərarı olmadan çağırış, dindirmə və qısamüddətli həbsləri standart əməliyyat proseduruna çeviriblər.

Molla rejimin azərbaycanlı fəalların həbs qərarı tələbləri isə hədə-qorxu və bəzi hallarda döyülmə ilə müşayiət olunub.

Həmçinin yoxlayın

Rubio: “İranın uranı zənginləşdirmək icazəsi olmayacaq”

Marko Rubio “The Free Press” podkastına müsahibəsində deyib ki, İran dinc nüvə proqramına malik ola …

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır

GADYB: Qərbi Azərbaycan İcması Ermənistanın dağıdıcı addımları ilə bağlı bəyanat yayıb:  Bəyanatda deyilir ki, bu …